Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi ölkə başçısının göstərişlərinin yerinə yetirilməsi üzrə məqsədyönlü tədbirlərin icrasını davam etdirir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir.

Səhiyyə Nazirliyi ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları icra edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsinə dair tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə 14 iyul tarixində geniş toplantı keçirilmişdir. Toplantıda müvafiq tədbirlərin hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdir. Bu günlərdə Səhiyyə Nazirliyində görülmüş işlərə dair müşavirə keçirilmişdir. Mövzuya aid olan diqqəti nəzərə alaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev ictimaiyyəti maraqlandıran sualları cavablandırdı.

Səhiyyə Nazirliyində əczacılıq fəaliyyətinə nazərətə və dərman təchizatına həsr olunmuş müşavirə keçirilmişdir

Bu gün Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilmişdir.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “İİV-ə testləşmə milli həftəsi” elan edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq, yeni təşəbbüslə çıxış edib və cari ilin 3-10 avqust tarixlərini “İİV-ə testləşmə milli həftəsi” elan edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır.

28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günüdür

Bu gün, qlobal ictimai səhiyyə problemi olan hepatit barədə maarifləndirməyə və dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin stimullaşdırılmasına xidmət edir.

Şəki Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 23 iyul 2015-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

Koronovirusa dair əmr imzalanıb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilmiş və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanmışdır. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş vermiş və hazırda davam etməkdədir.

16 iyul stomatoloji xəstəliklərin profilaktikası günüdür

1948-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı 16 iyul tarixini stomatoloji xəstəliklərin profilaktikası günü kimi qeyd edir. 

Səhiyyə Nazirliyində geniş toplantı keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı AR Səhiyyə Nazirliyində geniş toplantı keçirildi.

Sertifikasiya imtahanlarından 5372 nəfər uğurla keçmişdir

2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən verilən məlumata görə, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçmişdir. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən 09.07.2015-ci il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardıma gündiavurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olmuşdur.

Respublika ərazisində 331 qida zəhərlənməsi qeydə alınıb

2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınmışvə keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma müşahidə edilmişdir.

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamalar apardı

Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunmuş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür.

Şirvanda baş vermiş hadisəyə 8 Təcili Təxirəsalınmaz Yardım briqadası cəlb olunub

06.07.2015-ci il tarixində Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. 

Səhiyyə naziri Oqtay Şirəliyev Gədəbəydə vətəndaşları qəbul etmişdir

 Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev iyulun 2-də Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında olan vətəndaşlar iştirak ediblər.

Bakı-2015 I Avropa Oyunlarında fərqlənmiş tibb işçiləri təltif olundu

Səhiyyə Nazirliyində Bakı-2015 I Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiklərinə görə, mükafatlandırılmış şəxslərin təltif olunması mərasimi təşkil olundu.

“Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqi həyata keçirilir

Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqi həyata keçirilir.

Səhiyyə naziri Oqtay Şirəliyev Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 02.07.2015-ci il tarixində saat 17:00-da Gədəbəy Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Dr. Pamela Venninq Səhiyyə Nazirliyinə məktub ünvanlamışdır

Ölkəmizin tarixində əlamətdar hadisələrdən biri olan I Avropa Oyunları artıq sona çatmışdır.

Azərbaycan Respublikası Hökumətinin bütün aidiyyəti qurumları kimi səhiyyənin də üzərinə çox böyük öhdəliklər və müstəsna məsuliyyət düşürdü. Təcili və Təxirəsalınmaz Tibbi xidmətin təkmilləşdirilməsi, oyunların keçirildiyi arealda səhiyyə müəssisələrinin seçilməsi, tibbi personalın Beynəlxalq Kardiologiya Assosiasiyasının tələblərinə uyğun olaraq BLS və ATLS proqramlarına uyğun olaraq təlimlərin keçirilməsi, sanitar epidemioloji rifahın təminatı, intensiv xarici dil kurslarının təşkili və digər tədbirlər bu qəbildən idi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..