Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elektron Səhiyyə Mərkəzinin fəaliyyətinin bir ili tamam oldu

29.12.2015-ci il tarixində Səhiyyə Nazirliyini nəzdində fəaliyyət göstərən Elektron Səhiyyə Mərkəzinin yaradılmasından bir il ötür.

 

Respublika Klinik Xəstəxanasının mütəxəssisləri Naxçıvanda müayinələr aparıblar

Azərbaycan Respublikası səhiyyə naziri cənab Oqtay Şirəliyevin tapşırığı ilə akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı həkim briqadası 22-25 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına ezam olunmuşlar.

Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində bayram şənliyi keçirilib

Ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi bu gün təmir olunub və artıq bir ildir ki tam gücü ilə azyaşlılara lazımi yardım göstərir. Əsaslı təmirdən sonra son bir il ərzində mərkəzdə 2 min uşaq reabilitasiya kursu keçib. Müalicə reabilitasiya kursu diaqnoza görə il ərzində 4-5 dəfə təkrarlanır.

Respublika Klinik Xəstəxananın I korpusu əhalinin istifadəsinə verildi

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin açılış mərasimləri artıq ənənə halını alıb. Bu qəbildən daha bir tibb müəssisəsi, Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxananın I korpusunun açılış mərasimi olub. Əsaslı təmirdən sonra Patoloji-hamiləlik, I qəbul, məsləhət poliklinikası, II sinir xəstəlikləri, nefrologiya, qastroenterologiya, allerqologiya və reanimasiya - intensiv terapiya şöbələri istifadəyə verilmişdir.

Səhiyyə Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

25.12.2015-ci il tarixində Səhiyyə Nazirliyinin inzibatı binasında ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda cari il ərzində görülən işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənildi.

İSİM-də 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı təlimlər keçirildi

2015-ci il 23-25 dekabrda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 5 yaşadək uşaqların sağlam qidalanması ilə bağlı pilot təlimlər keçirilib.

Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair

2012-ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur. Artıq 2013-cü ildən strategiyanın hazırlanması prosesi başlanmışdır.

Tibb elminin son yenilikləri ölkəmizdə də uğurla tətbiq olunur

Cəmiyyətin formalaşmasında, insanların sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan səhiyyə sahəsi durmadan inkişaf edir.

Tibbin inkişafını daim yenilənən tibbi avadanlıqlarsız təsəvvür etmək mümkün deyil. Bu gün ölkənin bütün tibb müəssisələrində müxtəlif profilli, ən son texnoloji tələblərə cavab avadanlıqlarla təmin olunmuşdur. Və sevindirici haldır ki, bu gün Azərbaycanın tibb ocaqlarında uğurla istifadə olunan avadanlıqların əksəriyyəti dünyanın ən tanınmış bir necə tibb mərkəzlərində mövcuddur.

Səhiyyə Nazirliyində tədris kursları və treninqlər keçirilir

23-24-25.12.2015-ci il tarixində Səhiyyə Nazirliyinin Aparatında nazirliyin dövlət qulluqçuları üçün tədris kursları və treninqlər təşkil olunub. Səhiyyə Nazirliyinin əməkdaşları, Bakı şəhər Baş Səhiyyə İdarəsi və Sumqayıt şəhər Səhiyyə Şöbəsində çalışan dövlət qulluqçuları üçün keçirilən kurslar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə təşkil olunmuşdur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olundu

2015-ci ilin noyabr ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun yaranmasının 80 ili tamam olmuşdur.

 

Bu gün, 2015-ci il dekabr ayının 21-də institutunun 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransin açılışından öncə institut rəhbərliyi və yubiley tədbirlərində iştirak edən qonaqlar Fəxri xiyabana getmiş, Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarlarını ziyarət etmişlər.

Səhiyyə naziri Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Səhiyyə naziri Oqtay Şirəliyev İmişli və ətraf rayon sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 18 dekabr 2015-ci il tarixində saat 12.00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcəbədi rayonlarını dan olan vətəndaşları qəbul edəcək.

"Elektron Səhiyyə" internet portalı yeni konsepsiya ilə istifadəyə verildi

2008-ci ildən etibarən Səhiyyə Nazirliyində fəaliyyət göstərən “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib. Yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük “e-Səhiyyə” istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlmişdir.

 

Tam orta məktəblərdə işləyən tibb bacılarının bilik və bacarıqları artırılır

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəblilərin sağlamlıqlarının mühafizəsi və onları zərərli vərdişlərdən çəkindirmək üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müxtəlif maarifləndirici tədbirlərin təşkili davam etdirilir.

Sertifikasiya imtahanı bir mərhələdə aparılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 371 nömrəli qərarına əsasən 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcəkdir. 

SN Analitik Ekspertiza Mərkəzi dərmanların keyfiyyətinə nəzarəti gücləndirib

Dövlət qeydiyyatında olan dərman preparatları, seriya, satışına qoyulmuş qadağalar və bu kimi dair məsələlər əhalinin böyük marağına səbəb olub. Mövzunun aktuallığını nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov ilə olan müsahibəni diqqətinizə təqdim edirik

“Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalanıb

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində son günlərdə Azərbaycan ilə həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

“Şagirdlər arasında dispanserizasiya” mövzusuna dair sorğunun nəticələri açıqlanıb

2015-ci il dekabrın 8-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Təhsil Nazirliyi ilə birgə layihəsi olan “Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” üzrə məktəblərdə keçirilmiş sorğunun nəticələrinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağında xəsarət alan vətəndaşlara baş çəkib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

"Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübənin gücləndirilməsi”nə dair dəyirmi masa keçirildi

4 dekabr 2015-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübənin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. İclasda Səhiyyə Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, iri klinik xəstəxanaların və Respublikanın Tibb Kolleclərinin rəhçbərlləri iştirak etmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..