Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verildi

Səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam edir.

1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”dür

Dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.

Azərbaycanada Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri beynəlxalq konfransı keçirilir

20-22 Noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzin təşkilat dəstəyi ilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək “Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri” adlı Azərbaycan Beynəlxalq Ürək Qrupunun 1-ci beynəlxalq konfransı keçirilir.

Oqtay Şirəliyev Yevlax Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21 noyabr 2014-cü il tarixində saat 12:00-da Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Uşaqların icbari dispanserizasiyasına dair geniş konfrans kecirildi

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də pediatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması və həmin biliklərin beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir.

14 NOYABR – ÜMUMDÜNYA DİABET GÜNÜDÜR

Hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.

“Aşura günü” keçirilmiş qanvermə aksiyalarda 4 min 676 nəfər könüllü olaraq qan vermişdir

 «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.

Uşaqların icbari dispanserizasiyası müvəffəqiyyətlə davam edir

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası məqsədilə Sumqayıt şəhər Səhiyyə şöbəsinin təşəbbüsü ilə Təhsil şöbəsi ilə birlikdə müvafiq tibb müəssisələrinin baş həkimləri və təhsil müəssisələrinin direktorlarının iştirakı ilə bu işin təşkili məsələsi geniş müzakirə olunmuşdur.

Səhiyyə naziri Salyan rayonunda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşları qəbul etmişdir.

Oqtay Şirəliyev Salyan Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 17.10.2014-cü il tarixində Salyan rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək

2 milyondan çox uşaq icbari tibbi müayinədən keçib

Ölkəmizdə indiyədək 2 milyondan çox uşaq icbari tibbi müayinədən keçirilib. İlin sonunadək icbari tibbi müayinələrə ölkənin bütün azyaşlıları cəlb olunacaq. Bu barədə oktyabrın 14-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyası ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib.

Səhiyyə Nazirliyi ana ölümlərinin qarşısını alınmasında israrlıdır

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Səhiyyə nazirinin diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra işlər görülür, müxtəlif layihələr həyata keçirilir.

Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın məşhur şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələri elan edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələrinə həsr olunan tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar. Onlar Talassemiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular.

Səhiyyə Naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Komitəsinin 64-cü sessiyasında iştirak etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev 15-18 sentyabr 2014-cü il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 64-cü sessiyasında iştirak etmişdir.

XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi – “BIHE -2014” keçirilir

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi – “BINE -2014” keçirilir. Sərgidə dünyanın 17 ölkəsindən 147 şirkət iştirak edir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.

Sağlamlıq yürüşü

Səhiyyə Nazirliyi sentyabr ayının 27 saat 09:00-da Dənizkənarı Milli Parkda «Sağlamlıq yürüşü!» adı altında yürüş marafonu keçirməyi planlaşdırır.

Səhiyyə naziri Ağdam rayonunda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlar üçün qəbul keçirib.

Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının sakinləri iştirak ediblər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..