Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan nümayəndə heyəti ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasında iştirak edib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev rəhbərliyi ilə nümayəndə heyəti 12-15 sentyabr 2016-cı il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 66-cı sessiyasında iştirak edib.

 

Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasında tədbir keçirilmişdir

16.09.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasında tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, ölkədə tibb elminin və səhiyyənin ilkin sənədlərlə və informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılmışdır. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.

Uşaq əhalisinə ixtisaslaşdırılmış nevroloji müayinə və müalicə xidmətləri təqdim edilir

Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də genofondumuzun qorunmasıdır. Bu məqsədlə Azərbaycanda son illərdə uşaqların sağlamlığının mühafizəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri mühüm yer tutur. Uşaqlar arasında yayılan patologiyaların profilaktikasında onların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır.

BŞTTTYS-nın 103 xidmətinə 300000 artıq ümumi müraciət daxil olmuşdur

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000 -ə qədər, bəzən isə daha da artıq olur.

Sumqayıtda həkim uşağı faciəli ölümdən xilas edib

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.

Respublika Klinik Uroloji Xəstəxanada Dəyirmi masa keçirildi

07.09.2016-cı il tarixində Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında tədbir keçirilmişdir.

Ahıllara tibbi qayğı diqqət mərkəzindədir

Ahıllara göstərilən tibbi qayğıya xüsusi yer ayrılıb. Herontoloji xidmətin göstərildiyi aparıcı müəssisələrdən biri də Ş.M.Həsənov adına "Sağlamlıq Sahəsi” Poliklinikasıdır.

Biləsuvar Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə burada aparılan əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verdi. Qeyd olundu ki, xəstəxana binasının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri 2016-cı ilin iyul ayında başa çatdırılıb. Bu tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı təmir işləri aparılan binaların ümumi sahəsi 9477 kvadratmetr təşkil edir.

“Check-up” müayinədən keçmək daha da asanlaşdı

Vətəndaşlara sosial xidmətin daha effektiv və operativ təşkil olunması üçün geniş şərait yaradıldığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində “Check-up” müayinələrə başlanılacaq.

Sağlamlıq imkanları məhdud olan uşaqlar ixtisaslaşdırılmış müalicə kursları keçirlər

Səhiyyə nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi (UBMM) 2014-ci ildən ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunduqdan sonra öz iş fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin olunmuş mərkəzdə iki şöbə: bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.

ET Pediatriya İnstitutunda tədbir keçirilmişdir

31.08.2016-cı il tarixində K.Fərəcova adına ET Pediatriya İnstitutunda tədbir keçirilmişdir.

Səhiyyə xidmətinin səviyyəsi regionlarda da yüksəldilir

Paytaxt Bakıda olduğu kimi regionlarda da səhiyyə müəssisələrinin simasının yenilənməsi, müasir avadanlıqlarla təchizatı əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılmasına səbəb olur.

Respublika Narkoloji Mərkəzin 30 illiyi qeyd olunub

26.08.2016-cı il tarixində Respublika Narkoloji Mərkəzin yaradılmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Oqtay Şirəliyev Şabranda vətəndaşları qəbul edib

26.08.2016-cı il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar rayonlarından olan 10 vətəndaşı qəbul edib.

Səhiyyə naziri Oqtay Şirəliyev Şabranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 26 avqust 2016-cı il tarixində saat 11:00-da Şabran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Antenatal qulluq yüksək səviyyədə təşkil olunub

24.08.2016-ci il tarixində KİV nümayəndələrinin iştirakı ilə hamilə qadınlara antenatal qulluğa həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə bildirildi ki, müasir dövrün tələbi ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğı hər bir vətəndaşı gələcək nəslə diqqətli və qayğıkeş olmağa çağırır.

 

Respublikada palliativ yardım xidmətinə olan ehtiyaclar öyrəniləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək.

I Şimal regionlararası konfrans təşkil olunmuşdur

16.08.2016-cı il tarixində Respublika Perinatal Mərkəzi tərəfindən Quba regional Perinatal Mərkəzində ilk dəfə olaraq I Şimal regionlararası konfrans təşkil olunmuşdur.

Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib

9-11 avqust 2016-cı il tarixlərində Azərbaycanda Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib.

Görüş zamanı Litva ölkısindən dəvət olunmuş beynəlxalq ekspertlər Gunta Lazdane (Cinsi və Reproduktiv Sağlamlıq üzrə Proqram Menedjeri) və Ruta Nadisaukiene (Litva Sağlamlıq Elmlər Universitetinin Mamalıq və Ginekologiya şöbəsinin müdiri) dəvət olunmuşdur. Görüşdə ETMGİ elmi işçiləri, ÜST-nın ölkəmizdəki təmsilçisi, UNFPA, İSİM, Dünya Bankının aparıcı əməkdaşları iştirak ediblər.

Epidemiloji sabitlik nəzarət altındadır

17.08.2016-cı il tarixində RespublikaGigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair “Dəyirmi masa” təşkil olundu. Tədbirdə GEM-in “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumat verildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013