Ümumdünya Uşaq günü münasibəti ilə 20 noyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanın 2.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 21 oktyabr 2015-ci il tarixində 57 nömrəli qərar imzalanmışdır. Qərarda “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” , “Resept blankı forması” və “Ödənişsiz resept blankı forması”nın təsdiqi öz əksini tapmışdır.
2015-ci il noyabrın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Rayon Uşaq Poliklinikasında qanvermə aksiyası keçirildi.
2015-ci il noyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirildi. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən seminarda həkim-neonatoloqlar, pediatrlar, reanimatoloqlar və İSİM-in əməkdaşları iştirak etdilər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi” (European HIV Testing Week) çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini planlaşdırır.
Türkiyənin Bələk - Antalya bölgəsində 27 oktyabr - 1 noyabr 2015-ci il tarixlərində XXV Ulusal (Beynəlxalq) Türk Ortopedik və Travmatoloji Konqres keçirilmişdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 2015-ci il noyabrın 12-13-də antenatal yardım xidməti göstərən tibb müəssisələri üçün "Yenidoğulmuşların reanimasiyası" üzrə təlimlər keçirilib. Təlimlər Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Cari ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilmişdir. Keçirilən aksiyalarda 51 367 nəfər könüllü donor iştirak etmişdir.
2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.
2015-ci il noyabrın 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil ölünmüşdur.
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev İtaliya Respublikası Səhiyyə Naziri xanım Beatris Lorenzinin dəvəti ilə 27-28 oktyabr 2015-ci il tarixlərində Milan şəhərində “Sağlamlıq və Qidalanma” mövzusunda keçirilmiş konfransda iştirak edib.
Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağli tələblər qüvvəyə mindiyi andan iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65138 şəxs müayinə olunmuşdur.
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Elmi Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutu iş planını Azərbaycan Respublikasının 2010-2015-ci illər üzrə təsdiqlənmiş elmin inkişafı üzrə Milli Strategiya planına uyğun təşkil edir.
Ölkəmizdə dövlət tərəfindən səhiyyəyə göstərilən qayğı nəticəsində son illərdə ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı regionlarda humanitar aksiyaların sayı və miqyası get-gedə artır.
20.10.2015-ci il tarixində Azərbaycan Respublikasi Səhiyyə Naziri 86 saylı əmr imzalamışdır. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı 2015-ci ilin 9 ayı ərzində bir sıra işlər görülmüşdür.
Dünyanın aktual problemlərindən biridə suisiddir. Dünya təcrübəsi göstərir ki, əksər hallarda intiharların bədbəxt hadisə kimi qeydə alınması, bəzi hallarda isə ölümün suisid, yaxud qətl hadisəsi olub-olmadığı müəyyənləşdirilmədiyinə görə, əsil intiharların sayı barədə dəqiq məlumat əldə etmək kifayət qədər çətin olur.
Heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə 15 sentyabr-15 oktyabr 2015-ci il tarixlərində “Sağlamlıq sahəsi” poliklinikasında “Açıq qapi” aylığı keçirilmişdir.
Hər il 16 oktyabr Ümumdünya anestezioloqlar günü kimi qeyd edilir. Məhz bu tarixdə 1846-cı ildə diş həkimi Vilyam Tomas Morton cərrahi əməliyyatda ilk dəfə efir narkozu tətbiq etmişdir. Həmin vaxtdan etibarən həm etil efirindən, həm də narkoz effekti törədən digər maddələrdən istifadə etməklə geniş şəkildə müxtəlif çeşidli əməliyyatlar həyata keçirilməyə başlanılmışdı. Beləliklə təbabətdə müstəqil praktiki bir sahə kimi anesteziologiyanın əsası qoyuldu.