Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilmişdir.

Narkomanlığa qarşı mübarizəyə dair Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası davam edir

2016-ci ilin 6 ayı ərzində Respublikada fəaliyyət göstərən Regional Narkoloji Dispanserlərinin (Lənkaran RNX, Gəncə RND, Mingəçevir RND, Sumqayıt RND) digər şəhər və rayonların əlaqədar təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuş və onlara narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinə dair mühazirələr oxunmuşdur.

 

Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə dair “Dəyirmi masa” keçirilmişdir

10.08.2016-cı il tarixində Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə dair “Dəyirmi masa” keçirilmişdir. KİV nümayəndələrinə məlumat verildi ki, Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutu elmi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya uyğun aparır.

8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür

8 avqust 2004-cü ildən başlayaraq Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Azərbaycanda səhiyyənin digər istiqamətləri ilə yanaşı oftalmologiya sahəsində də inkişaf müşahidə olunur.

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

SN-nin Analitik Ekspertiza Mərkəzinin “Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası”nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilmiş və laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 – “sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən 22.06.16-cı il tarixində növbəti 3 il üçün AZ 01.0116.01.16 saylı Akkreditasiya Attestatı verilmişdir.

Respublika Klinik Xəstəxanası əhaliyə yüksək səviyyədə xidmət edir

04.08.2016-cı il tarixində Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, səhiyyə sistemində həyata keçirilən köklü islahatlar tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatına, həkim və orta tibb personalının ixtisas səviyyəsinin yüksəlməsinə və nəticədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2016-cı ilin birinci yarımilliyi üzrə məlumatı

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmətlər yaradılıb

Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun surətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinda tərcümə xidməti yaradılmışdır. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsümun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılmış və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunmuşdur.

Talassemiya Mərkəzinin 2016-cı ilin 1 yarımilliyinə dair hesabatı

Qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi və xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqəti altındadır. “2016-2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir.

Səhiyyə xidməti regionlarda yüksək səviyyədə təşkil olunub

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə 29-30.07.2016-cı il tarixlərində Xızı, Quba və Qusar rayonlarına növbəti press-tur təşkil edib.

Özəl tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi məqsədi ilə yaradılan şəraitin qiymətləndirilməsi işi daha da təkmilləşdirilmişdir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspetlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmişdir.

Azərbaycanda Hepatitlə mübarizə istiqamətindi əhəmiyyətli addımlar atılır

Hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu ildə qəbul etdiyi 18 saylı Qərar qəbul etmişdir. Qərarda Hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmanın vacib olduğu vurğulanmış və 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir.

RMDM tərəfindən maarifləndirmə-təbliğat görüşləri davam etdirilir

2016-cı il iyulun 25-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) növbəti təqdimatı oldu.

RMDM-də hepatit müayinələri keçiriləcək

28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.

İSİM-in sosial xarakterli video çarxları “ASAN Xidmət” mərkəzlərində nümayiş olunacaq

26 iyul 2016-cı il tarixdən başlayaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial video çarxları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzlərində seyr edə biləcəksiniz.

Yeniyetmə və gənclərə sağlam həyat tərzi və zərərli vərdişlərdən çəkinmə yolları haqda məlumat verilib

SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakının 12 nömrəli tam orta məktəbində maarifləndirmə məqsədilə təşkil etdiyi tədbirdə çıxış ediblər.

Səhiyyə Nazirliyinin sanaviasiya xidməti yüksək səviyyədə təşkil olunmuşdur

20.07.2016-ci il tarixində Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ( SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilmisdir.

Koxlear implant ölkəmizdə uğurla icra olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən bu gün dünyada 360 milyona yaxın insan karlıq və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu - 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır.

İSİM-in əməkdaşları MEK-də maarifləndirmə məqsədilə keçirilən tədbirdə çıxış ediblər

15 iyul 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) maarifləndirmə məqsədilə təşkil olunmuş tədbirdə iştirak ediblər. Mərkəzin rəsmisi orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar haqda məruzə ilə çıxış edib.

İnformasiya texnologiyalarının tətbiqi genişləndirilməkdədir

Səhiyyə sisteminin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişləndirilməkdədir. Yeni informasiya sistemləri tətbiq edilir, məlumat bazaları, tibbi registrlər yaradılır. Hazırda pasiyentlərlə yanaşı tibb işçiləri də bu xidmətlərdən lazımi qaydada yararlana bilirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013