Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkəmizdə Amerika Ürək Assosiasiyasının mütəxəssisləri təlimlərə başlayıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzində peşəkar lisenziyalaşdırılmış Amerika Ürək Assosiasiyasının (“American Heart Association”) təlimlərinə start verildi. Təlimlər iki istiqamətdə təşkil olunub: təxirəsalınmaz ilk yardım (“Basic Life Support”) və təkmilləşdirilmiş təxirəsalınmaz kardioloji yardım (“Advanced Cardiovascular Life Support”).

Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Oqtay Şirəliyev Bərdə-Müalicə Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 15 oktyabr saat 13:00-da Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. O.Şirəliyev Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib. Onlardan 7513 nəfər imtahanlardan uğurla keçiblər. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməmişdir.

Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olundu

Hər il 10 oktyabr tarixində Ümumdünya Psixi Sağlamlıq Günü qeyd edilir. 2015-ci ildə Günün mövzusu "Ləyaqət və Psixi Sağlamlıq”dır. Bu mövzu təsadüfi olaraq seçilməmişdir, belə ki, cəmiyyətin mühüm məsələlərindən biri psixi pozğunluğu olan şəxsləri layiqli həyatla təmin etməkdir. Buna müvafiq qanunlar və yardım proqramları, mütəxəssislərin təlimi, həmçinin əhalinin maarifləndirilməsi vasitəsilə nail olunur.

Hamiləlik və mamalıq məsələlərinə həsr olunmuş seminar keçirilmişdir

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub.

 

8 oktyabr 2015-ci il Dünya Görmə Günüdür

Dünya Görmə Günü (World Sight Day) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı günü qeyd olunur. Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınmışdır.

Daha 47 adda dərman vasitəsinin qiyməti təsdiqləndi

Tarif (qiymət) şurasının 5 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənmişdir. Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 6 oktyabr 2015-ci il tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

Qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Cari ilin iyun – sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Qazatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak etmişdir.

 

Azərbaycanda ürək xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində işlər davam edir

Səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası bütün sahələrdə davam edir. Səhiyyə olan dövlət qayğısı öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün böyük zəmin yaratmışdır.

Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidmətinə daxil olan hər bir müraciət öz həllini tapır

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi və yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Qaynar xətt” xidməti fəaliyyət göstərir.

 

Bilgəh qocalar evində müayinə keçiriləcək

28 sentyabr tarixində saat 11.00-da Bilgəh qocalar evində məskunlaşmış 100-dən çox ahılın sentyabr ayının 15-dən elan olunmuş “Açıq qapı aylığı” çərçivəsində 1 oktyabr “Beynəlxalq ahıllar günü” münasibətilə müayinəsi keçiriləcək.

“İİV-ə testləşmə milli kampaniya”sı təşkil olunmuşdur

Ölkəmizdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə Bakı, Sumqayıt və Şəkidə “İİV-ə testləşmə milli kampaniya”sı təşkil olunmuşdur.

“Açıq qapı aylığı” davam edir

Sentyabr ayının 15-dən elan olunmuş “Açıq qapı aylığı” çərçivəsində 1 oktyabr “Beynəlxalq ahıllar günü” münasibətilə sabah saat 11.00-da Respublika Veteranlar Şurasında veteranların müayinəsi keçiriləcək. Müayinədə heriatr, kardioloq, LOR, göz həkimi iştirak edəcək.

Gəncədə “Neonatologiyanın son nailiyyətləri” mövzusunda konfrans keçirilib

Sentyabrın 19-20-si Gəncənin Heydər Əliyev Mərkəzində “Neonatologiyanın son nailiyyətləri” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib. Konfransda ölkənin tanınmış mütəxəssisləri ilə yanaşı, Türkiyənin EGE Universitetinin professor və müəllimləri də iştirak ediblər. İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Səhiyyə naziri Oqtay Şirəliyev Oğuzda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

 

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 18 sentyabr 2015-ci il tarixində saat 12:00-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Oğuz vətəndaşları ilə yanaşı Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

17.09.2015-ci il tarixində Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər. Müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcəklər.

Paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçirilir

Bu gündən etibarən oktyabr ayının 15-nə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçiriləcəkdir. Aylıq hər il olduğu kimi bu il də 1 oktyabr “Beynəlxalq ahıllar günü” ərəfəsində heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planı çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək və ehtiyac olduğu halda onlar dispanser qeydiyyatına götürüləcəkdir.

Sağlamlığa dair iki yeni portalın təqdimatı oldu

11.09.2015-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirildi. Təqdimatda 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az portalı çərçivəsində iki əlavə maarifləndirici portalın – BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv Sağlamlıq Portalı” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qurulmuş “ Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”ı barədə məlumat verilmişdir. Tədbirdə portalların yaradıcıları olan İSİM-in layihə komandası, BMT-nin Əhali Fondunun (UNFPA) əməkdaşları, KİV nümayəndələri iştirak etmişdirlər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->