Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Cəlilabad Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 20 fevral 2015-ci il tarixində saat 12:00-da Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyi tam gücü ilə Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşır

Bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də mühüm geniş miqyaslı hazırlıq işləri həyata keçirilir. İlk Avropa oyunlarının miqyasını, gözlənilən qonaqların sayını nəzərə alaraq bu möhtəşəm tədbir zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün respublikanın səhiyyə sisteminin üzərinə böyük məsuliyyət düşür. 

Bir neçə özəl tibb müəssəsi cəzalandırılmışdır

Özəl tibb müəssisələri tərəfindən qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi öz nəzarətini gücləndirməkdə davam edir.

Sağlamlıq ayına start verilib

Fevralın 1-dən Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” elan olunaraq, əhalinin icbari tibbi dispanzerizasiyasına start verildi.

Əhalinin sağlamlığının qorunması, xəstəliklərn erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkəmizdə Sağlamlıq aylığı həyata keçirilir.

Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşmüşdür

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Konqres çərçivəsində hazırda ölkəmizdə səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı professor Eyüp Gümüşlə görüşmüşdür

ÜST İcraiyyə Komitəsinin 136 sessiyası öz işinə başlayıb

01.26.2015-ci il tarixlərində Cenevrədə ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyası öz işinə başlayıb.

Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı.

2013/2014-cü tədris ilində rezidenturanı bitirmiş həkim-mütəxəssislərin nəzərinə! ELAN

2013/2014-cü tədris ilində rezidentura təhsilini bitirmiş və yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş həkim-mütəxəssislərə rezidentura təhsili diplomları təqdim olunur.

Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim etdi

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edərək, onlara ilk rezident diplomlarını gül dəstələri ilə yanaşı şəxsən təqdim etdi.

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etmişdir

Yanvarın 22-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Saatlı rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbula müraciət etmiş, Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Oqtay Şirəliyev Saatlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 22 yanvar 2015-cü il tarixində saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

20 Yanvar hadisələrinin 25 –ci ildönümünə həsr olunmuş konfrans keçirildi

Yanvarın 19-da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş konfrans keçirilib.

Ə.Əliyevin 118-ci illiyinə həsr olunmuş konfrans keçirildi

Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ili tamam olur.

Tibb işçiləri “Səhiyyə əlaçısı” və “Fəxri Fərman”la mükafatlandırıldılar

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev, Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilməsi barədə” Əmr imzalamışdır.

2014-cü ilin yekunlarına dair Kollegiya iclası keçirildi

29.12.2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının açılışı olub

Dekabrın 29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.

 

“Elektron Səhiyyə” xidmətinin açılışı oldu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında 29.12.2014-cü il tarixində nazirliyin bu ulin son və ən müasir standartlara cavab verən ES (Elektron Səhiyyə) xidmətinin açılış mərasimi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin vəfatından 11 il keçir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir.

Masallıda iki tibb məntəqəsi açıldı

07.12.2014-cü il tarixində Masallı rayonunda iki kənd xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Boradigah qəsəbəsində və Kalinovka kəndində hər biri 15 çarpayılıq olan ikimərtəbəli xəstəxanalar yüksək standartlara uyğun təmir edilməklə yanaşı, xəstələrin profilaktikası və müalicəsi üçün müasir tibbi avadanlıqla təchiz olunub.

Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul etmişdir

Dekabrın 5-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 10:30-da Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->