Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2013/2014-cü tədris ilində rezidenturanı bitirmiş həkim-mütəxəssislərin nəzərinə! ELAN

2013/2014-cü tədris ilində rezidentura təhsilini bitirmiş və yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş həkim-mütəxəssislərə rezidentura təhsili diplomları təqdim olunur.

Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim etdi

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edərək, onlara ilk rezident diplomlarını gül dəstələri ilə yanaşı şəxsən təqdim etdi.

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etmişdir

Yanvarın 22-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Saatlı rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbula müraciət etmiş, Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Oqtay Şirəliyev Saatlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 22 yanvar 2015-cü il tarixində saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

20 Yanvar hadisələrinin 25 –ci ildönümünə həsr olunmuş konfrans keçirildi

Yanvarın 19-da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş konfrans keçirilib.

Ə.Əliyevin 118-ci illiyinə həsr olunmuş konfrans keçirildi

Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ili tamam olur.

Tibb işçiləri “Səhiyyə əlaçısı” və “Fəxri Fərman”la mükafatlandırıldılar

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev, Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilməsi barədə” Əmr imzalamışdır.

2014-cü ilin yekunlarına dair Kollegiya iclası keçirildi

29.12.2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının açılışı olub

Dekabrın 29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.

 

“Elektron Səhiyyə” xidmətinin açılışı oldu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında 29.12.2014-cü il tarixində nazirliyin bu ulin son və ən müasir standartlara cavab verən ES (Elektron Səhiyyə) xidmətinin açılış mərasimi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin vəfatından 11 il keçir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir.

Masallıda iki tibb məntəqəsi açıldı

07.12.2014-cü il tarixində Masallı rayonunda iki kənd xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Boradigah qəsəbəsində və Kalinovka kəndində hər biri 15 çarpayılıq olan ikimərtəbəli xəstəxanalar yüksək standartlara uyğun təmir edilməklə yanaşı, xəstələrin profilaktikası və müalicəsi üçün müasir tibbi avadanlıqla təchiz olunub.

Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul etmişdir

Dekabrın 5-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 10:30-da Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir

Sumqayıtda tibb müəssisələri əsaslı təmirdən sonra istifadəyə verilib

Dövlət başçısının tapşırığına əsasən 04.12.2014-cü il tarixində Sumqayıt şəhər 1 saylı Doğum Evi də əsaslı təmirdən sonra istifadəyə verilib.75 çarpayılıq tibb ocağı ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.

Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək

Dekabrın 5-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 10:30-da Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşları qəbul edəcək.

Bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verildi

Səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam edir.

1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”dür

Dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.

Azərbaycanada Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri beynəlxalq konfransı keçirilir

20-22 Noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzin təşkilat dəstəyi ilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək “Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri” adlı Azərbaycan Beynəlxalq Ürək Qrupunun 1-ci beynəlxalq konfransı keçirilir.

Oqtay Şirəliyev Yevlax Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21 noyabr 2014-cü il tarixində saat 12:00-da Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Uşaqların icbari dispanserizasiyasına dair geniş konfrans kecirildi

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də pediatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması və həmin biliklərin beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->