Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirilib

11.11.2016-cı il tarixində, Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Endokrinoloji Mərkəzi və ictimai təşkilat olan Azərbaycan Diabet Liqası ilə birlikdə Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirib.

 

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı keçiriləcək

 12-13 noyabr 2016-cı il tarixdə “Hyatt Regency Baku” otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək.

Nikaha daxil olmaq istəyən 207731 nəfər tibbi müayinədən keçirilmişdir

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin oktyabr ayının sonuna qədər müayinədən 207731 nəfər keçmişdir.

"Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirildi

24 oktyabr - 4 noyabr 2016-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün “Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirilib.

 

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir

04.11.2016-ci il tarixində Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir.

AEM-də farmakoloji nəzarət sistemi təkmilləşdirilir

Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Dərman vasitələrinin təhlükəsizliyi qlobal problemlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizmə mənfi təsir göstərə hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa dərman vasitələrinin əks təsirindən meydana gəlmiş fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir.

 

Uşaq Klinik Xəstəxanasında tədbir keçirilmişdir

02.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin prof. Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında dəyirmi masa təşkil olunmuşdur.

"ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı məlumatlandırıldı

İSİM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Əməkdaşlıq Sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil olunub.

Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib

01.11.2016-cı il tarixində 2 nömrəli Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib. Konfransda çıxış edən müəssisənin rəhbəri Dilarə Məmmədəliyeva bildirib ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir.

Regionlarda media-tur təşkil olunmuşdur

Dövlətin diqqəti və qayğısı nəticəsində regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrinin siması daim yenilənir, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması məqsədi ilə tibbi müəssisələr müasir avadanlıqlarla təchiz edilir, kadrların ixtisas səviyyəsi daha da artırılır. Səhiyyədə aparılan islahatların əsas məqsədi əhalini bütün lazımi növ tibbi xidmətlərlə yüksək səviyyədə təmin etməkdir.

 

Parodontologiya və Estetik Stomatologiya Konqresi öz işinə başlamışdır

Dövlətimiz tərəfindən göstərilən qayğı nəticəsində parodontologiya və estetik stomatologiya son illərdə sürətlə inkişaf edir. Bu sahənin daha çox inkişafı, stomatoloqların bilik və təcrübələrini artırılması, təkmilləşdirilməsi eləcə də ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən tədqiqatların nəticələri haqqında məlumatlandırılması məqsədi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 28-29 oktyabr 2016-cı il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı ilə EstePerio2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresinin 28 oktyabr 2016-cı ildə saat 9:30-da açılış mərasimi olmuşdur.

 

Sumqayıtda Psixi sağlamlıq bölməsində valideynlərlə görüş keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17.05.2016-cı il tarixli 34 nömrəli “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən Sumqayıt şəhər 5 nömrəli uşaq poliklinikasının nəzdində Psixi sağlamlıq xidməti yaradılmışdır.

Azərbaycan İİV infeksiyası səviyyəsi aşağı olan dövlətlər sırasına daxildir

Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

 

Türkiyə-Azərbaycan onkologiya günləri keçirilib

21-22.10.2016-cı il tarixində də Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri keçirilib.

“Reproduktiv sağlamlığın qorunması” mövzusunda forum keçirilib

18-20 oktyabr 2016-cı il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində Şərqi Avropa və Mərkəzi Asiya regionunda böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması üzrə İdarələrarası işçi qrupun 5-ci forumu keçirilib.

Tütündən imtina kabinetin təşkili mövzusuna dair təlim keçirilib

İSİM-in poliklinikasının nəzdində fəaliyyətə başlayacaq Tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi istiqamətində tədbir keçirilib.

Ə.Əliyev adına ADHTİ ilə Dağıstan Tibb Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Beynəlxalq əlaqələrin genişlənməsi məqsədi ilə Ə.Əliyev adına ADHTİ və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

“Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar keçirilib

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar təşkil olunub.

Serebrovaskulyar çatışmamazlığın diaqnostikası və endovaskulyar müalicəsinə həsr olunmuş seminar keçirilib

20.10.2016-cı il tarixində Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM). "Serebrovaskulyar çatışmamazlığın diaqnostikası və endovaskulyar müalicəsində radiologiyanın rolu" mövzusunda seminar keçirilib.

Litvanın Sağlamlıq Elmləri Universiteti əməkdaşları ilə görüş keçirildi

Litvanın Kaunas şəhərində yerləşən Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər zamanı Səhiyyə Nazirliyində, Azərbaycan Tibb Universitetində olan qonaqlar 18 oktyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov və universitetin digər rəhbər şəxsləri ilə görüşüblər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..