Əsas bölmələr
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 17 fevral 2017-ci il tarixində saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
"2015-2020-ci illər üçün Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın həyata keçirilməsi işində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlmiş, donor qanı ilə təminatı tam həll edilmişdir. Bundan başqa, xəstələrin müalicəsi üçün dünyada mövcud olan 3 çeşidli dəmirqovucu preparatlardan istifadə davam etmişdir. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzi Qan Bankının 7 bölgə bölmələrində qanın irsi xəstəliklərinin müalicəsi üzrə kabinetlər təşkil edilmişdir, nəticədə müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılmışdır.
15.02.2017-ci il tarixdə Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) fəaliyyətinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə RSKM-in “Sanitariya- epidemioloji salamatlıq haqqında”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası qanunları ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumatlar verildi.
15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu gün, bütün dünyanı xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırır və bu xəstəliklər haqqında əhalinin maariflənməsində böyük rol oynayır. Eyni zamanda, 15 fevral, dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır və onların problemlərini həll etməyə çağırır.
İİV/QİÇS problemi daima Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 6-7 fevral 2017-ci il tarixlərdə Yunanıstanın Saloniki şəhərində keçirilmiş ”Sənaye fəaliyyəti ilə çirklənmiş sahələr və Sağlamlıq Şəbəkəsi” tərəfindən keçirilən 3-cü Plenar Konfransda və 8-10 fevral tarixlərdə keçirilmiş Birinci Təlim Kursunda iştirak etmişdir.
10.02.2017-ci il tarixində Respublika Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövründə Səhiyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə Bakıda və bölgələrdə yeni tibb müəssiələri fəaliyyətə başlamış, respublikada fəaliyyət göstərən bir çox səhiyyə müəssiəsi tam təmir olunmuş və müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu səhiyyə müəssiələrindən biri də Respublika Uşaq Stomatoloji Mərkəzidir.
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238509 nəfər keçmişdir.
2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olmuşdur. Əziz Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi öz qarşısında dəqiq məqsədlər qoyaraq onları praktiki səhiyyədə yerinə yetirmək təcrübəsinə malik idi. Digər tərəfdən onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirilirdi. Hansı bir vəzifə olursa-olsun Ə.Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanırdı və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu.
Hemofiliya xəstəliyinə dair 2016-2020-ci illər üzrə Dövlət Proqramının həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Bu işlər sırasına hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi də daxildir. Belə ki, hemofiliyalı xəstələrin ilkin diaqnostikası İEQAST proqramına qoşulmuş laboratoriyada aparılır. Həmin müayinələrin nəticələri vaxtaşırı İngiltərənin Relis hemostaz laboratoriyası tərəfindən yoxlanılır.
2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Əziz Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi öz qarşısında dəqiq məqsədlər qoyaraq onları praktiki səhiyyədə yerinə yetirmək təcrübəsinə malik idi. Digər tərəfdən onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirilirdi. Hansı bir vəzifə olursa-olsun Ə.Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanırdı və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməİnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur.
Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.
Səhiyyə Nazirliyi daim əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə zəruri addımlar atır.
01.02.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzində hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Mərkəz ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinin rəyi, xahiş, təklif və şikayətlərinin operativ, asan həlli, habelə, korrupsiya hallarının qarşısının alınması sahəsində göstərişlərinin icrası məqsədilə xüsusi tapşırığı və bundan irəli gələn səhiyyə nazirinin imzaladığı əmr əsasında yaradılıb.
30.01.2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün yaradılmış Texniki Məsləhətçi Qrup (TMQ) media nümayəndələrini bir araya toplayaraq onlarla bərabər tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətə düzgün məlumatları çatdıracaq, tütün epidemiyasına qarşı aparılan mübarizənin təməlini təşkil edən məqsədyönlü siyasətin formalaşdırılması istiqamətlərini açıqlayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
2017-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə sıx əlaqəli idi. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 27 yanvar 2017-ci il tarixində saat 12:00-da İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
26.01.2017-ci il tarixində Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığının maarifləndirilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Azərbaycanda intihar hallarının azalması müşahidə edilir. Səhiyyə Nazirliyi bu istiqamətdə zəruri maarifləndirmə işləri həyata keçirir. Bununla əlaqədar olaraq, qeyd edilmişdir ki, geniş ictimaiyyətin bu mövzuda maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
24 yanvar 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutu - Istituto Superiore di Sanitanın (İSS) professoru Peter Combonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirildi, perspektivli əməkdaşlıq sahələri və birgə layihələrə dair müzakirələr aparıldı.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə