Əsas bölmələr
25.01.2017-ci il tarixində ET Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bildirildi ki, 1951-1959-cu illərdə (qısa bir fasilə ilə) institutun direktoru olmuş Ə.M.Əliyev birinci növbədə keçmiş məktəb binasında yerləşən institutu xeyli abadlaşdırmışdı. Ə.Əliyev bu işlərin görülməsində özü də şəxsən iştirak edərək başqaları üçün nümunə göstərmişdir.
Son illər psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaq psixi sağlamlığına geniş qayğı və diqqət ayrılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu sahəyə aidiyyəti qurumlan cəlb etməklə adıçəkilən sahədə bir çox əhəmiyyətli işlər həyata keçirmiş nailiyyətlər əldə etmişdir.
Bu həftə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə keçirilən məktəb yaşlı uşaqların sağlamlıqlarına həsr edilmiş təbdirlər yekunlaşdı. 16-17 yanvar tarixlərində təşkil edilmiş “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair iki günlük görüşün davamı olaraq 18-19 yanvar tarixlərində İSİM-də ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi.
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi dövlətinsosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-20120-ci illər üçün qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş vacib proqramdır.
16-17 yanvar tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda ikigünlük seminar keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan səhiyyəsinin digər sahələrində olduğu kimi toksikoloji zəhərlənmə halları ilə ölkədə mübarizə aparılır. Bu sahədə əhaliyə göstərilən tibbi xidmət sahəsində aparıcı müəssisə kimi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.
Azərbaycanın görkəmli alim və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur.
11.01.2017-ci il tarixində B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisə olan İnstitut 1943-cü ildən fəaliyyət göstərir. Hal-hazırda İnstitut 3 hissədən ibarətdir: Klinika, Mərkəzi Qan Bankı və Elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün 2 hematoloji şöbə, uşaq hematologiyası şöbəsi, reanimasiya və intensiv terapiya şöbəsi, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktika şöbəsi daxildir.
06.01.2017-ci il tarixində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, tibbi müəssisə günün 24 saatı ərzində, fasiləsiz olaraq, Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2000-ə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.
30.12.2016 – cı il tarixində Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda cari il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə məruzələr dinlənildi.
27 dekabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələri ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirin məqsədi İSİM tərəfindən 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmiş sorğunun nəticələrinin ilkin müzakirəsi idi.
Görkəmli alim və dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çox şaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır.
Bakı Baş Səhiyyə İdarəsinin (BBSİ) 07.11.2016-cı il tarixli 112 nömrəli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən 1, 4 ,9, 14, 19, 22 nömrəli Uşaq Poliklinikalarında poliklinikanın fəaliyyəti, o cümlədən uşaqlar arasında aparılmış icbari dispanserizasiyanın vəziyyəti yoxlanılmışdır.
22.12.2016-cı il tarixində Səhiyyə Nazirliyində “Acıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərə dair tədbir keçirildi.
21.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilin yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Tədbirdə çıxış edən İnstitutun direktoru Vaqif Verdiyev rəhbərlik etdiyi institutun tarixi haqda KİV nümayəndələrinə məlumat verdi.
Bu gün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində ilin yekunlarına həsr olunmuş Mətbuat konfransı keçirilib. Tədbirdə 2016-cı il ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqda geniş məlumat verildi.
1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 ili tamam olub. Bu münasibətlə geniş tədbir keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisi, tanınmış tibb xadimləri, xəstəxananın rəhbərliyi iştirak edib. Tədbirdə xəstəxananın zəngin tarixi haqqında geniş məlumat verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Mərkəzin akt zalında əməkdaşların iştirakı ilə iclas keçirmişdir. Direktor müşavirədə müzakirə olunanlardan irəli gələn məsələləri əməkdaşlara çatdırmış, müvafiq şöbələrə tapşırıqlar vermişdir.
16.12.2016-cı il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Göyçay Şamaxı, Qobustan rayonlarından olan 8 vətəndaşı qəbul edib.
14.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində nadir xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısının yenidən tərtib edilməsi ilə əlaqədar elmi toplantı keçirilmişdir.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə