Əsas bölmələr
14.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” imzalanmış əmrinin icrası çərçivəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin 05.04.2016-cı il tarixli əmri ilə yaradılmış “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölümlə nəticələnməyən mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrupu”nun toplantısı keçirilmisdir.
14.12.2016-cı il tarixində Respublika Talassemiya Mərkəzində ilin yekinlarına dair hesabat tədbiri keçirilib. Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı həyata keçirilən sosial-yönümlü tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Bu gün Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi, əməkdaşları, Nazirliyin kollegiya üzvləri və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin noyabr ayının sonuna qədər müayinədən 219256 nəfər keçmişdir.
Tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev və bir çox səlahiyyətli şəxslər iştirak edib.
Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub.
06.12.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
29.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində Mərkəzin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiyavə Təchizat Mərkəzinin rəhbəliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.
2016-cı il dekabrın 2-də saat 14.00-da Respublika Perinatal Mərkəzi (RPM) və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) birgə təşkilatçılığı ilə “Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçiriləcək. Ginekoloqlar və neonatoloqların iştirakı edəcəyi konfransda mövzu üzrə maraqlı təqdimatlar olacaq.
30.11.2016-cı il tarixində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir zamanı qeyd edildi ki, bu tarix dünya ictimaiyyətinin bu problemə diqqətinin yönəldilməsi məqsədi ilə 1988-ci ildə təsis olunmuşdur.
Tütünçəkməyə qarşı mübarizədə daim maarifləndirici tədbirlər həyata keçirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 29 noyabr 2016-cı il tarixdə tütünlə mübarizəyə dair növbəti ictimai-maarifləndirmə aksiyasını keçirdi.
29.11.2016-сı il tarixində K.Fərəcova adına ET Pediatriya İnstitutunda “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbir keçirilmişdir.
Səhiyyə Nazirliyinin dəstəyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü və "Avropa İİV-ə testləşmə həftəsi" ilə bağlı müayinələr və maarifləndiriçi tədbirləri davam etdirir.
25.11.2016-cı il tarixində Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə tədbir keçirilib.
05.11.2016-cı il tarixində saat 10:00 Gəncədə Ramada otelinin Konfrans salonunda "Oftalmologiyanın son nailiyyətləri" adı ilə Gənc oftalmoloqların X konfransı keçiriləcək.
14-15 noyabr 2016-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Müasir şəraitdə məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirilib.
21.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə təciloi yardım xidmətinə həsr edilmiş tədbir keçirilmişdir.
18.11.2016-cı il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Kürdəmir, Ağsu, Hacıqabul, İmişli rayonlarından olan 40 vətəndaşı qəbul edib.
12-13 noyabr 2016-cı il tarixdə Azərbaycan travmatoloq və ortopedlərin II qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə