Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Son 9 ildə 15 mindən çox xəstəyə təcili yardım göstərilib

2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15192 nəfər yol qəzasına düşən xəstələrə təcili yardım göstərilib.

 

ATV.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransında bildirilib. Bildirilib ki, 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib. Təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.

 

Tədbirdə qeyd edilib ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.

 

Günay Məryəm / ATV.az

 

http://news.atv.az/az/health/82316-son-9-ilde-15-minden-cox-xesteye-tecili-yardim-gosterilib

8/11/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013