Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mütəxəssislər “Xəstəliklərin Beynəlxalq Təsnifatı” dan istifadə edə bilərlər

Müəyyən edilmiş meyarlar əsasında ayrı-ayrı patoloji halların daxil edildiyi qruplaşdırmalar sistemi olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” Səhiyyə Nazirliyini rəsmi internet səhifəsində e-səhiyyə portalında yerləşdirlimişdir. Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışına (XBT - 10) daxil olan XXI sinifdən ibarət xəstəlik kodlarını və açıqlamalarını özündə əks etdirir.

 

Təsnifatdan istifadə sadə üsulla, qeydiyyat tələb etmədən istifadə olunur. Xəstəliklərin Beynəlxalq Təsnifatından tibb mütəxəssisləri hər-hansı bir xəstəliyin kodunu öyrənə və əksinə kodun qarşılığını (xəstəliyin adını) öyrənə bilər.

 

Xbt-10 ilə bu link: http://e-sehiyye.gov.az/az/s/13/X%C9%99st%C9%99likl%C9%99rin+Beyn%C9%99lxalq+T%C9%99snifat%C4%B1  

istifadə etmək olar. 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30/03/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..