Əsas bölmələr
Azərbaycan Tibb Universitetində (ATU) 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı universitetin Böyük Elmi şurasında qərar qəbul olunub. Ayrı-ayrı fənlər üzrə test suallarının bankı yaradılıb. Hər fənn üzrə orta hesabla 300-500 sual test bankına daxil edilib. Qəbul olunmuş qərara əsasən imtahan zamanı tələbələr bir saat ərzində 25 suala cavab verirlər.
Artıq 6 ildir ki, universitetdə təhsil tədricən, ölkənin Boloniya prosesinə qoşulması ilə əlaqədar, kredit sistemi ilə aparılır. İlk olaraq tibbi-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılmağa başlanılıb. 3 il bundan öncə stomatologiya fakültəsində, 2 il əvvəl isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanıb.
Bu sistemlə təhsil alan tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Belə ki, tələbələr 50 bal dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və cari mənimsəmədən toplayır. 50 bal isə imtahan zamanı toplanılır. İmtahan zamanı minimum keçid balı 17-dir. Ümumilikdə müsbət qiymət 51-100 bal hesab olunur: A- 91-100 bal (əla), B – 81-90 bal (çox yaxşı), C – 71-80 bal (yaxşı), D – 61-70 bal (kafi), E – 51-60 bal (qənaətbəxş), F – 0-50 (qeyri-kafi).
“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək
Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Qobustan və Zaqatala MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir
Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar rayonlarda Səhiyyə Nazirliyi tərəfindən tib...
Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin göstəriciləri
Bir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildi
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə