Əsas bölmələr
Azərbaycanda ilk dəfə olaraq, suda doğuşun həyata keçirilməsinə başlanılıb. Bu yenilik Respublika Diaqnostika Mərkəzində tətbiq edilir.
Mərkəzin mama-ginekologiya şöbəsinin müdiri Nonna Əhmədova Trend-ə bildirib ki, suda doğuş bir cox dünya ölkələrində tətbiq edilsə də, Azərbaycanda həyata keçirilmirdi.
Onun sözlərinə görə, suda doğuş xüsusi vannalarda keçirilir. Bu üsulla doğuş zamanı qadının əzələlərində elastiklik əmələ gəlir və sancı çəkən qadın ağrı hiss etmir.
"Bu, ağrısızlaşma məqsədilə edilir. Qadın suda olarkən monitorla onun ürək döyüntülərinə də nəzarət edilir. Doğuş zamanı da uşaq birbaşa suyun icinə doğulur. Bu, ana bətnindən azad olan uşağın adaptasiyasına kömək edir. Uşaq bu doğuş zamanı travma da almır. Əgər uşağı suda buraxsaq, o, batmayacaq, balıq kimi üzəcək. Cünki uşaq nəfəsini dərəndən sonra onun ciyərləri açılır",- mama-ginekoloq deyib.
O əlavə edib ki, bu üsulla doğuşdan hələlik yalnız Azərbaycanda yaşayan bir necə xarici ölkə vətəndaşı istifadə edib. Ancaq onlar da bu üsuldan sancının azaldılması üçün istifadə ediblər, uşaqlarının birbaşa suyun icində doğulmasından qorxublar.
Əhmədova deyib ki, ümumiyyətlə, Azərbaycanda son vaxtlar qadınlar keysər əməliyyatı vasitəsilə uşaq dünyaya gətirməyə üstünlük verirlər.
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur
Oğuz MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin 2010-cu il ərzində gördüyü işlər barədə hesabat
Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib
ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçi...
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə