Əsas bölmələr
“Bu gün Azərbaycan səhiyyəsində aparılması mümkün ola bilməyən bir əməliyyat və ya tibbi prosedurA yoxdur”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev verib. O bildirib ki, Azərbaycanda artıq orqan nəqli prosesi həyata keçirilir: “Hazırda Talassemiya Mərkəzində sümük iliyinin transplantasiyası ilə bağlı hazırlıq işləri aparılır. Yaxın zamanlarda ölkədə sümük iliyinin transplantasiyasını həyata keçirmək mümkün olacaq. Bundan əlavə, Azərbaycanda çox uğurlu ürək əməliyyatları həyata keçirilir. Son illərdə istifadəyə verilmiş Elmi Cərrahiyyə Mərkəzində 700-ə qədər uşaq və böyüklər üzərində əməliyyatlar keçirilib”.
Nazir müavini bəzi insanların müalicə üçün xarici ölkələrə üz tutması və ya Azərbaycana gələn xarici mütəxəssislərə müraciət etməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Azərbaycan gələn xarici və ya ölkədə çalışan yerli mütəxəssislərə müraciət etmək və yaxud müalicə olunmaq üçün xarici ölkələrə getmək insanların hüquqlarıdır: “Hansısa xəstəliklə əlaqədar Azərbaycandan kənara gedən insanların sayı ildən-ilə azalır və bundan sonra da azalacaq. Xarici mütəxəssislərin Azərbaycana gələrək burada fəaliyyət göstərməsi isə qanunla tənzimlənməlidir. Onlar ancaq Səhiyyə Nazirliyinin verdiyi icazə şəhadətnaməsi və Dövlət Miqrasiya Xidmətinin əmək fəaliyyəti ilə məşğul olması üçün verdiyi viza nəticəsində Azərbaycanda fəaliyyət göstərə bilərlər”.
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur
Oğuz MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin 2010-cu il ərzində gördüyü işlər barədə hesabat
Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib
ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçi...
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə