Əsas bölmələr
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə
31.07.2012
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 160
Bakı şəhəri, 31 iyul 2012-ci il
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
17 noyabr tarixli 187 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №11, maddə 1068; 2012, №1, maddə 26) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na aşağıdakı məzmunda altıncı sətir əlavə edilsin:
|
Respublika Müalicəvi Diaqnostika Mərkəzi |
ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə