Bu Proqram respublikanın regionlarında iş fəaliyyətinə başlayan tibbi kadrların maddi stimullaşdırılması, onların sosial-məişət problemlərinin həll edilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyət göstəricilərinin yüksəldilməsi, son nəticədə isə beş il ərzində 3500 nəfərə yaxın tibb ixtisaslı mütəxəssisin konkret iş yeri ilə təmin edilməsi kimi məsələlərin həllinə yönəldilmişdir. Bu Proqramın həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- Azərbaycan Respublikasının kənd yerlərində yerləşən tibb müəssisələri tibbi kadrlarla təmin olunacaq, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcəkdir;
- 3500 nəfərə yaxın tibb ixtisaslı şəxs konkret iş yeri ilə təmin ediləcəkdir;
- yerlərdə gənc mütəxəssislər üçün müvafiq iş şəraiti yaradılacaqdır və onların sosial-məişət problemləri həll ediləcəkdir və sair.
Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi dövlət büdcəsinin yerli xərclər üzrə “sair xərclər” maddəsindən həyata keçirilir. Bu istiqamət üzrə xüsusi proqnoz hesablamalarına uyğun olaraq, hər il 670 nəfər gənc mütəxəssis nəzərdə tutulur.
İkinci istiqamət üzrə tibbi kadr hazırlayan ali və orta tibb təhsil müəssisələrini növbəti 5 ildə bitirəcək və rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayacaq hər bir gənc mütəxəssisin aylıq əməkhaqqına 3 il müddətində 66 manat məbləğində əlavə ödəniləcəkdir.