Səhiyyə Nazirliyi
Açıq tender elan edir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2008-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin tabeçiliyində olan və mərkəzləşdirilmiş tədbirlər büdcəsindən maliyyələşən səhiyyə müəssisələrinin 2008-ci ilin tələbatına uyğun olaraq inventar, avadanlıq, o cümlədən tibb avadanlıqlarla təchiz etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri keçiriləcək açıq tenderdə iştirak etmək üçün öz tender təkliflərini yazılı şəkildə təqdim etməyə dəvət edir.
Tender 6 Lot üzrə keçirilir:
1) Ofis və tibbi təyinatlı mebellər
2) Kompüter, kompüter avadanlıqları və məişət texnikası
3)Diaqnostik laboratoriyalar üçün nəzərdə tutulan tibbi texnika və tibbi avadanlıqlar
4) Diaqnostika və müalicə məqsədləri üçün nəzərdə tutulan tibbi texnika və tibbi avadanlıqlar
5) Şəkərli diabet xəstələri üçün
6) Tibb müəssisələri üçün mətbəx və camaşırxana avadanlıqları
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar.
Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.
Tenderdə iştirak etmək istəyənlər 02 iyul 2008-ci il tarixə saat 17:00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Tender proseduranda iştirak etmək üçün yazılı müraciət;
• İştirak haqqının ödənilməsi barədə bank sənədi;
• iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
• iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər—rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• İddiaçının potensial imkanlarının olması haqqında texniki məlumatı;
• Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərinin olub-olmaması haqqında arayış.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İştirakçılar tenderin əsas şərtlər toplusunu
1-ci Lot - 1000 manat
2-ci Lot - 500 manat
3-cü Lot - 1000 manat
4-cü Lot - 1500 manat
5-ci Lot - 700 manat
6-cı Lot - 300 manat
İştirak haqqı ödədikdən sonra ala bilərlər. Ünvan: Xocahəsən qəs., Hacıhəsən şosesi-3. Tel: 409-03-16; faks: 409-03-16)
Iştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Adı: Səhiyyə Nazirliyi Innovasiya və Təchizat Mərkəzi
VÖEN: 1300242201
Nəsimi YXO
h/h NAS 702001 AZN 320101
VÖEN: 1400510981
Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı
VÖEN: 9900001881
M/h: 0137010002944
Kod: 805614
SWİFT Bik İBAZAZ 2X
K N xüsusi hesab 14/165
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin qiymətinin 2 (iki) faizi məbləğində bank təminatını (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 10 iyul 2008-ci il tarixdə saat 18:00-a qədər Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə (ünvan: Xocahəsən qəs, Hacıhəsən şosesi-3. Tel: 409-03-16; faks: 409-03-16) təqdim etməlidirlər. Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi - 1 ədəd əsli, 1 ədəd surəti, ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə "11 iyul 2008-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonrakı 30 bank günü ərzində qüvvədə olmalıdır.
Tender təklifləri olan zərflər 11 iyul 2008-ci il tarixdə saat 15:00-da Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin akt zalında açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlavə məlumat: www.tender.gov.az internet saytında yerləşdirilmişdir.
Tender Komissiyası