.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Şirvan Şəhər Mərkəzi Xəstəxanası

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası AÇIQ TENDERƏ DƏVƏT EDİR

 

Tender bir Lot

üzrə keçirilir:

Lot-1. Əsaslı təmir işlərinin görülməsi

Tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalınmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən tender təklifini möhürlənmiş ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.

 

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Şamaxı şəhəri, Şamaxı MRX, tel.: (0176) 5-70-41, (055) 771-08-80.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

 

iştirak haqqı Lot-1 — 50 manat.

iddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Şamaxı RMX

Hesab: 132050000

VÖEN: 8400082981

Bank: Kapitalbankın Şamaxı filialı

VÖEN: 9900003611

Kodu: 200736

Müxbir hesabı: 0137010001944

SWIFT: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün yazılı müraciət;

—iştirak haqqının ödənilməsi haqda bank sənədi;

—iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ərazi və ümumi rekvizitlər;

—iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

—vergilər, sosial sığorta və digər borcların olmaması haqda arayış;

—tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);

—tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

 

İddiaçılar tələb olunan sənədləri möhürlənmiş zərflərdə yuxarıda göstərilən ünvana 2 sentyabr 2009-cu il tarixə kimi təqdim etməlidirlər.

Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

iddiaçılar tender təklifi və bank zəmanətini 10 sentyabr 2009-cu il tarixə kimi təqdim etməlidirlər.

Tender zərfləri 11 sentyabr 2009-cu il tarixdə Şamaxı MRX-də iddiaçıların iştirakı ilə açılacaqdır.

 

Tender Komissiyası

Çap versiyası | Baxılıb 493
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır