Əsas bölmələr
1. Lisenziya almaq üçün ərizə; ərizədə aşağıdakılar öz əksini tapmalıdır: adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı;
2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
4. ərizədə qeyd olunan obyektdən ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
5. tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
6. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti;
7. lisenziyanın verilməsindən imtina edilmədikdə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin sürəti.
Qeyd: Digər məlumat üçün Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Səhiyyədə özəl Sektor” bölməsində maraqlana bilərsiniz.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə