.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Sərəncamına dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

      «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi sahəsində əlavə tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:

 

1. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, 3 (iki kitabda, I kitab, maddə 163) aşağıdakı dəyişiklik edilsin:

 

Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: «həmin qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 9-cu maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nm səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir»;

 

Fərmanın 1-ci bəndinin səkkizinci abzası qüvvədən düşmüş hesab edilsin.

 

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2002-ci il

Çap versiyası | Baxılıb 508
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır