.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

«Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

     «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edil-məsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta müqaviləsinin formasını və bağlanma qaydasını müəyyən etsin;

 

- həmin Qanunun 4-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanın ayn-ayrı növlərinə aid qaydaların və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyalarını müəyyən etsin;

 

- həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnaməsinin formasını və onun tətbiqi qaydalarını müəyyən etsin;

 

- həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta haqlarının məbləği və ödənilmə qaydasını müəyyən etsin;

 

- həmin Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş icbari tibbi sığorta proqramını təsdiq etsin;

 

- həmin Qanunun 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tarifləri müəyyən etsin;

 

- həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin ikinci hissəsində, habelə 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- öz səlahiyyətləri daxilində «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü və beşinci hissələrində, 5-ci maddəsinin dördüncü hissəsində, 6-cı maddəsinin birinci hissəsinin ikinci abzasında, 10-cu maddəsinin birinci hissəsində, 11-ci maddəsində, 12-ci maddəsinin birinci hissəsində və 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti həyata keçirir;

 

- həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqam»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli orqanları həyata keçirirlər;

 

- həmin Qanunun 3-cü maddəsinin dördüncü hissəsində «xüsusi razılığı olan müalicə-profilaktika, elmi tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər nəzərdə tutulur;

 

- həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanı həyata keçirmək üçün xüsusi razılığın verilməsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyəti növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 44-cü bəndinə müvafiq olaraq həyata keçirilir.

 

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 1999-cu il

Çap versiyası | Baxılıb 605
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır