Xarici ölkələrdə ali ixtisas təhsil almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin nəzərinə
Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 nömrəli əmri ilə yaradılmış xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üzrə Komissiya fəaliyyət göstərir.
Komissiyaya təqdim olunan sənədlər:
- Ərizə;
- Ali və orta təhsil haqqında sənədin surəti*, diploma əlavənin surəti* (respublikadan kənarda baza ali təhsil haqqında sənəd (diplom) Azərbaycan Respublikası Təhsil Nazirliyində nostrifikasiya olmalıdır);
- Ixtisaslaşma keçməsi haqqında sənədin surəti* (rezidentura, internatura, kliniki ordinatura);
- Xarici pasportun surəti * (bütün səhifələr);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Əmək kitabçasınin surəti*;
- Soyadı dəyişdirildiyi halda niqah haqqında şəhadətnamənin surəti.
* Sənədlər azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır