Yanvar ayı ərzində sertifikasiyaya dair 8 ixtisas üzrə imtahan keçirilmişdir
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin 2011-ci ilin yanvar ayında 8 ixtisas üzrə imtahan keçirilmişdir.
Mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfər (92%) uğurlu nəticələr əldə etmişdir.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
Növbəti, revmotologiya ixtisası üzrə imtahan 02.02.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
31/01/2011