Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Sağlam Qidalanma Günü ilə bağlı maarifləndirmə tədbiri keçirildi

May ayının 26-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində əməkdaşlar üçün 29 may - “Ümumdünya Sağlam Qidalanma Günü”nə həsr olunmuş növbəti maarifləndirici görüş keçirildi.

 

Tədbirdə düzgün qidalanmanın sağlamlığın təmin olunmasında vacib şərt olduğu vurğulandı və müxtəlif mövzularda, o cümlədən, uşaqların qidalanması, qeyri-sağlam qidalar, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi, 45 yaşdan yuxarı insanlar üçün qida normaları və s. müzakirələr aparıldı. Tədbirdə həmçinin əməkdaşlara sadalanan istiqamətlər üzrə qida rasionlarını təşkil etmək, gündəlik istifadə etdikləri yeməkləri müzakirə etmək, qeyri-sağlam qidanı sağlam qidadan seçmək imkanı verildi.

 

Tədbirin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət planına əsasən Qeyri-İnfeksion Xəstəliklərin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması və qarşısının alınmasıdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

31/05/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..