Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2016/2017-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 09.08.2016-cı il tarixindən 15.08.2016-cı il tarixinədək (beş iş günü ərzində) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A) təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

 

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi və onun surəti

2. Ali tibb təhsili haqqında diplom və onun surəti

 

Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) aşağıda göstərilən qrafik üzrə aparılacaqdır.

Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən məhz ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.

 

Qeydiyyatdan keçmənin qrafiki (ixtisaslar üzrə)

 

Tarix

Saat

İxtisas

9 avqust 2016

10.00-13:00

Anesteziologiya-reanimatologiya

13.00-15:00

Ümumi cərrahiyyə

15:00-16:00

Travmatologiya-ortopediya

 

 

 

10 avqust 2016

10.00-13:00

Mamalıq-ginekologiya

10.00-13:00

Ürək-damar cərrahiyyəsi

13.00-16:00

Pediatriya

 

 

 

11 avqust 2016

10.00-13:00

Terapiya

13.00-15:00

Şüa diaqnostikası

15:00-16:00

Laboratoriya işi

15:00-16:00

Dermatovenerologiya

 

 

 

12 avqust 2016

10.00-11:00

Psixiatriya

11.00-12:00

Stomatologiya

12:00-13:00

Mikrobiologiya

12:00-13:00

Allerqologiya

13:00-14:00

Nevrologiya

13:00-14:00

Neyrocərrahiyyə

15:00-16:00

Kardiologiya

15:00-16:00

Nefrologiya

 

 

 

15 avqust 2016

10.00-11:00

Oftalmologiya

10.00-11:00

Gigiyena

11.00-12:00

Ftiziatriya

11.00-12:00

Sosial gigiyena və səhiyyənin təşkili

12.00-13:00

Yoluxucu  xəstəliklər

12.00-13:00

Epidemiologiya

13.00-14:00

Fizioterapiya və tibbi bərpa

13.00-14:00

Onkologiya

14.00-15:00

Otorinolarinqologiya

15.00-16:00

Endokrinologiya

15.00-16:00

Qastroenterologiya

15.00-16:00

Hematologiya

15.00-16:00

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

15.00-16:00

Uşaq  cərrahiyyəsi

15.00-16:00

Urologiya

15.00-16:00

Narkologiya

15.00-16:00

Revmatologiya

15.00-16:00

İmmunologiya

15.00-16:00

Şüa terapiyası

15.00-16:00

Üz-çənə cərrahiyyəsi

15.00-16:00

Plastik cərrahiyyə

8/08/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..