Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

REZİDENTURAYA QƏBUL OLMUŞ ŞƏXSLƏRƏ DAİR ELAN

2016/2017-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİNDƏ QEYDİYYATDAN KEÇMİŞ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər 30 sentyabr 2016-cı il tarixinədək aşağıdakı siyahıda göstərilən sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

 

Klinik bazalarda rezidentura hazırlığı 1 oktyabr 2016-cı il tarixindən başlanır.

 

Sənədlərin siyahısı:

 

• Ali baza tibb təhsili haqqında diplom

• Tərcümeyi-hal

• Sağlamlıq haqqında arayış

• Şəxsiyyət vəsiqəsi

• Hərbi bilet

• Əmək kitabçası (mövcud olduğu halda)

• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)

• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd

• Fotoşəkil 3 x 4 ölçüdə, 2 ədəd

27/09/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013