Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin yekun attestasiyası haqqında

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.10.2016-cı il tarixli 64 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.

Yekun attestasiya iki mərhələdə (test və praktiki) həyata keçiriləcəkdir. Yekun attestasiyanın mərhələləri və nəticələrinin qiymətləndirilməsi barədə məlumat aşağıdakı keçiddə verilmişdir:

Yekun attestasiyanın mərhələləri və qiymətləndirmə

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi

25.10.2016-cı il tarixində Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təhsil müddəti iki və üç il olan ixtisaslar üzrə rezidenturanı bitirən şəxslər üçün saat 10.00-da, təhsil müddəti dörd və beş il olan ixtisaslar üzrə rezidenturanı bitirən şəxslər üçün saat 14:00-da keçiriləcəkdir. Rezidentlərdən göstərilən vaxtlardan bir saat əvvəl VTM-də olmaları tələb olunur. 14.10.2016-cı il tarixindən etibarən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər.

Yekun attestasiyanın praktiki mərhələsində yekun attestasiyanın test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər iştirak edəcəklər. Yekun attestasiyanın praktiki mərhələsi 27.10.2016 və 28.10.2016-cı il tarixlərində saat 09.00-da keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki mərhələsində iştirakının qrafiki (ixtisaslar üzrə yekun attestasiyanın keçirildiyi müəssisələrin adları göstərilməklə) aşağıdakı keçiddə verilmişdir:

Yekun attestasiyanın praktiki mərhələsində rezidentlərin iştirakı qrafiki

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar ATU rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

7/10/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013