Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Zemfira Topçubaşovanın 90 illik yubileyi qeyd olunur

Fevralın 14-də Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsinin I Mamalıq-Ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçiriləcək.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında təşkil edilən tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gəray Gəraybəyli açaçaq. Tədbirdə Zemfira Topçubaşovanın həyat və elmi praktiki fəaliyyəti haqqında Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent R.O.Bəylərovun və ATU-nun I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor E.M.Əliyevanın çıxışı nəzərdə tutulmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

31/01/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..