Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dağınıq skleroz xəstəliyinin neyroradioloji diaqnostikasına həsr olunmuş dəyirmi masa keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”ı çərçivəsində Dağınıq skleroz xəstəliyinin neyroradioloji diaqnostikasının təkmilləşdirilməsi məqsədi ilə 21.02.2017-ci ildə saat 10:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Dağınıq sklerozun diaqnostikasında radioloqların rolu” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Tədbirdə dağınıq skleroz xəstəliyinin neyroradioloji diaqnostikası mövzusunda çıxışlar olacaq və müzakirələr aparılacaqdır.

20/02/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..