Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATUREK-5-ə elmi işlərini təqdim etmiş rezidentlərin nəzərinə: ELAN

Hörmətli rezidentlər və elmi rəhbərləri,

11-12 may 2017-ci il tarixlərində keçiriləcək ATUREK-5-ə Azərbaycan Tibb Universitetindən başqa rezidentura təhsili aparan aşağıda adları çəkilən 11 klinik bazadan 30-dək elmi-tədqiqat işi təqdim edilmişdir:

 

 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

 K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

 Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

 Milli İdman Tibb və Reabilitasiya İnstitutu

 Milli Onkologiya Mərkəzi

 Neyrocərrahlıq Xəstəxanası

 Respublika Müalicəvi Diaqnostika Mərkəzi

 Bakı Sağlamlıq Mərkəzi

 Kliniki Tibbi Mərkəz

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

 Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

 

Həmin klinik bazaların rezidentlərindən elmi işlərinin ATUREK-5-də məruzə və ya poster təqdimatına qəbul olunduğuna dair məlumatı əldə etmələri üçün ATU-nun rezidentura şöbəsinə müraciət etmələri xahiş olunur.

 

Rezidentlərimizə və rəhbərlərinə uğurlar arzulayırıq!

 

Təşkilat komitəsi

 

 

26/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..