Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Ambulator-poliklinik xidmətin təşkili sektorunun aparıcı məsləhətçisi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə 

 

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizənin surəti

• əmək kitabçasının surəti

• ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)

• bir ədəd ağ rəngli foto şəkil

• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 07 iyun 2017-ci il tarixindən 20 iyun 2017-ci il tarixinədək saat 18:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edilə bilər.

 

Telefonlar: 441 26 03 (daxili 312)

7/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..