Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına dair Elan

 

Avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə başlanmışdır.

 

Sənəd qəbulunun sadə keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb.

 

Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, forması əvvəlcədən ATU-nun rəsmi internet saytında  və Facebook səhifəsində yerləşdirilib. Tələbə adını qazanan gənclər qeydiyyata dair  suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar.

 

Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətirirlər.

 

I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.

 

 

21/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..