Rezidentlərə dair ELAN
2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİNDƏ QEYDİYYATDAN KEÇMİŞ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər 30 sentyabr 2017-ci il tarixinədək aşağıdakı siyahıda göstərilən sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.
Klinik bazalarda rezidentura hazırlığı 2oktyabr 2017-ci il tarixindən başlanır.
Sənədlərin siyahısı:
• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti
• Tərcümeyi-hal
• Sağlamlıq haqqında arayış
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti
• Hərbi bilet(mövcud olduğu halda)
• Əmək kitabçası (mövcud olduğu halda)
• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)
• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd
• Fotoşəkil 3 x 4 ölçüdə, 1ədəd
27/09/2017