Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin yekun attestasiyası haqqında

Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli 69 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcəkdir.

 

Yekun attestasiya iki mərhələdə (test və praktiki) həyata keçiriləcəkdir. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi 25.10.2017-ci il tarixində Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. İmtahan rezidenturada təhsil müddəti iki və üç il olan ixtisasların məzunları üçün saat 12.00-da, təhsil müddəti dörd və beş il olan ixtisasların məzunları üçün saat 13:00-da başlayacaqdır. 14.10.2017-ci il tarixindən etibarən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. 23.10.2017-ci il və 24.10.2017-ci il tarixlərində saat 14:00-da VTM-də yekun attestasiyanın test mərhələsi ilə əlaqədar rezidentlər üçün treninq keçiriləcək. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun attestasiyanın praktiki mərhələsi 27.10.2017-ci və 30.10.2017-ci il tarixlərində saat 09.00-da keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də şəxsiyyət vəsiqələri ilə ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki mərhələsində iştirakının qrafiki aşağıda verilmişdir:

 

Yekun attestasiyanın praktiki mərhələsində rezidentlərin iştirakı qrafiki

 

Tarix və vaxt

 

 

İxtisaslar

 

Attestasiyanın keçiriləcəyi yer

 

27 oktyabr 2017-ci il, saat 9:00

Psixiatriya

Narkologiya

Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanası

Ümumi cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,   X mərtəbə

Neyrocərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  IX mərtəbə

Plastik cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Urologiya

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə   

Nefrologiya

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə

Revmatologiya

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası,  XI  mərtəbə

İmmunologiya

 

Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası, I mərtəbə

Gigiyena

 

Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası,  IV mərtəbə

Laboratoriya işi

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası  Biokimyəvi  laboratoriya

Genetika

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası,   III mərtəbə

Epidemiologiya

 

Azərbaycan Tibb Universitetinin 5 nömrəli  tədris binası,  VII mərtəbə

Anesteziologiya-reanimatologiya

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  IV  mərtəbə

Oftalmologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə

Allerqologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Terapevtik  Klinikası,  I mərtəbə

Yoluxucu xəstəliklər

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

Məhkəmə  Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyi

Şüa terapiyası

 

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  II  mərtəbə

Stomatologiya

 

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi

Sosial gigiyena və səhiyyənin təşkili

Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası,  IV  mərtəbə

 

30 oktyabr 2017-ci il, saat 9:00

 

 

Ürək-damar cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  X mərtəbə

Mikrobiologiya

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası,  III mərtəbə

Uşaq cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IV  mərtəbə

Travmatologiya-ortopediya

Azərbaycan Tibb UniversitetininTədris  Cərrahiyyə  Klinikası,  IX mərtəbə

Onkologiya

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası

Mamalıq-ginekologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Fizioterapiya və tibbi bərpa

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  VII mərtəbə

Üz-çənə cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  VIII mərtəbə

Otorinolarinqologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Nevrologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası,  VII mərtəbə

Terapiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VIII mərtəbə

Kardiologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Kardiologiya  şöbəsi,  I mərtəbə

Ftiziatriya

 

Elmi-Tədqiqat  Ağciyər Xəstəlikləri  İnstitutu (Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası)

Qastroenterologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, XI mərtəbə

Hematologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə

Dermatovenerologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə

Endokrinologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  IX mərtəbə

Pediatriya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  V mərtəbə

Şüa diaqnostikası

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  II mərtəbə

13/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..