Dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə keçirilmiş test imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
25.05.2011-ci il tarixində dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 26 həkim iştirak etmişdir. İştirakçılardan 3 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 24 nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları yoluxucu xəstəliklər və stomatologiya ixtisasları üzrə 01.06.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
25/05/2011