Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Avropa Uşaq Ortopediyası Cəmiyyətinin (EPOS) regional kursu keçiriləcəkdir

Avropa Uşaq Ortopediyası Cəmiyyətinin (EPOS) regional kursu 09-10.03.2018-ci il tarixlərində Hyatt Regency otelində keçiriləcəkdir. Kurs həkim-travmatoloq-ortopedlər, eləcə də “Travmatologiya-ortopediya” ixtisası üzrə təhsil alan həkim-rezidentlər üçün keçirilir. Kurs Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil tədbiri kimi akkreditasiya olunmuşdur.

 

Kursda iştirak etmək üçün https://travmatoloqortoped.az/online-registration/ linki vasitəsi ilə qeydiyyatdan keçmək tələb olunur. Kurslar barədə məlumat aşağıdakı linkdən əldə edilə bilər: https://www.epos.org/wp-content/uploads/2018/01/2018_RCCC_baku_brochure_hd.pdf

21/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..