Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş vermiş, 325 nəfər zərərçəkən olmuşdur. O cümlədən 17 botulizm hadisəsi baş vermiş, 35 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

14/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013