11 iyun 2018-ci il tarixdə saat 16:00-da Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) cərrahların növbəti aylıq elmi toplantısı keçiriləcək.
Tədbirdə “Böyrəküstü vəzin cərrahi aspektləri” və “Böyrəküstü vəzin xəstəliklərinin diaqnostikası və əməliyyatönü hazırlıq” mövzularında məruzələr olacaq. Tədbirdə iştirak edən cərrah-rezidentlərdən birinə “Genel cerrahi teknikleri atlası” kitabı hədiyyə ediləcək.