Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Ucar Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək

 

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 10.08.2018-ci il tarixində saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

 

 

 

Nazir Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

 

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

 

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

 

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

 

9/08/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..