Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” könüllü qanvermə aksiyaları keçiriləcək

Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

 

Mərasimlər 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.

 

Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşların diqqətinə aksiyanın təşkil olunacağı ünvanları nəzərə çatdırırıq: Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi” , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonua “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi ”. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

 

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır: Gəncə şəhəri “İmamzadə kompleksi” , Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi” , Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi.

 

Aksiyalar səhər 9:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Aksiyalarda iştirak edən hər bir şəxsə minnətdarlığımız bildiririk!

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

14/09/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..