Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 3 oktyabr 2018-ci ildə dəyirmi masa təşkil olunub.

 

Bakı şəhəri üzrə doğum evləri, qadın məsləhətxanaları və uşaq poliklinikalarının baş həkimlərinin iştirakı ilə keçən dəyirmi masada, ana südünün körpələrin sağlam inkişafı üçün ən ideal qida olduğu bir daha vurğulanıb.

 

Bildirilib ki, respublikamızda Səhiyyə Nazirliyi ilə YUNİSEF-in (UNICEF) birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, əhali arasında geniş maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb.

 

UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rol oynadığını vurğulayıb.

 

Ana südü ilə qidalanmaya dair video-çarxın nümayişindən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

3/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..