Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası fəaliyyətini davam etdirir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 18-19 oktyabr 2018-ci il tarixində ADA Universitetinin tələbə və müəllim heyətinə tibbi xidmət göstərəcək.

 

Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına köməklik göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

 

Qeyd edək ki, 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasientlərə xidmət göstərir.

 

2012-ci ildən bu günə qədər Səyyar Klinika tərəfindən Azərbaycan Respublikasının bir çox ali təhsil müəssisələrində və bir sıra orta məktəblərdə oftalmoloji müayinələr aparılıb.

 

Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

18/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..