Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Qulaqcıq səyirməsi zamanı yeni müalicə üsulları və onların tətbiqi"nə dair seminar keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardiologiya şöbəsində keçirilən seminarın əsas məqsədi gənc kadrlara, xüsusilə də rezidentlərə müəyyən mövzulara dair yenilikləri mənimsətmək, eyni zamanda həmin məlumatların gündəlik təcrübədə tətbiqini reallaşdırmaq, digər şöbələrin rezidentlərini də bu seminarlara cəlb etməklə tədris planını daha da zənginləşdirməkdir.

 

Seminarda mövzu ilə bağlı araşdırmanın hədəfinin qulaqcıq səyirməsi və ürək çatışmazlığı mövcud xəstələrdə kateter ablasiyanın ölüm və ürək çatışmazlığına bağlı ağırlaşmalar kimi birincili sonlanım nöqtələrinə təsirini tədqiq etmək olduğu bildirilib.

 

Araşdırma zamanı müntəzəm təqib 3, 6, 12, 24, 36, 48, və 60-cı aylarda xəstələrin muayinəsi şəklində aparılıb.

 

Ortalama təqib muddəti 38 ay olub. Ablasiya qrupundakı 179 xəstədən 28-i medikal müalicə qrupuna, medikal müalicə qrupundakı 184 xəstədən 18-i ablasiya qrupuna keçib. Medikal qrupun yalnız 30%-də ritm kontrolu strategiyasi tətbiq edilib. 60 ayda ablasiya qrupunun 63%-i, medikal qrupun 21%-i sinus ritmində olub və son təqibdə (48 ay) heç bir AF atakası izlənməyib.

 

Kardioloji uzman İsmayıl Göyüşov isə araşdırmanın nəticələrini müqayisələrlə, əməliyyatların gedişatını video-görüntülər vasitəsilə daha ətraflı izah edib.

 

Sonda seminar iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

23/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..