Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin yekun attestasiyası haqqında ELAN

 

 

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.Yekun attestasiya iki mərhələdə (test və praktik) aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi 24.10.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTMAzərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 29.10.2018-ci il və 30.10.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. “Anesteziologiya-reanimatologiya”, “Terapiya”, “Şüa diaqnostikası” ixtisasları üzrə ATU, Mərkəzi Klinika və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentləri 29.10.2018-ci il tarixində, digər klinik bazaların rezidentləri 30.10.2018-ci il tarixində imtahan verəcəklər. “Ümumi cərrahiyyə” ixtisası üzrə praktik imtahan həmin ixtisas üzrə rezidentlərin hamısını üçün iki gün, yəni 29.10.2018-ci il və 30.10.2018-ci il tarixlərində keçiriləcəkdir. Rezidentlərin imtahana şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

 

Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakıcədvəldə verilmişdir:

 

 

 

 

 

 

İxtisaslar

Tarix

 

Attestasiyanın keçiriləcəyi yer

 

Psixiatriya

Narkologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin Psixiatriya  kafedrası,

2 nömrəli Psixiatriya Xəstəxanası

Ürək-damar cərrahiyyəsi

 

30.10.2018

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, II mərtəbə

Ümumi cərrahiyyə

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  X mərtəbə

Plastik cərrahiyyə

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Urologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə  

Nefrologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə

Revmatologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, XI  mərtəbə

İmmunologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası,  I mərtəbə

Ftiziatriya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutu

 

Gigiyena

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin

1 nömrəli tədris binası,  IV mərtəbə

Mikrobiologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin

4 nömrəli  tədris binası, III mərtəbə

Laboratoriya işi

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin

4 nömrəli tədris binası,  Biokimyəvi  laboratoriya

Epidemiologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin

5 nömrəli  tədris binası,  VII mərtəbə

Anesteziologiya-reanimatologiya

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası, IV  mərtəbə

Oftalmologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə

Allerqologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Terapevtik  Klinikası, I mərtəbə

Stomatologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi

Onkologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası

Mamalıq-ginekologiya

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Otorinolarinqologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Nevrologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası, VII mərtəbə

Terapiya

 

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VIII mərtəbə

Kardiologiya

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə

Qastroenterologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, XI mərtəbə

Hematologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə

Dermatovenerologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə

Yoluxucu xəstəliklər

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə

Endokrinologiya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, IX mərtəbə

Pediatriya

 

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, V mərtəbə

Şüa diaqnostikası

 

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, II mərtəbə

Üz-çənə cərrahiyyəsi

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

29.10.2018

Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi

Sosial gigiyena və səhiyyənin təşkili

29.10.2018

Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili

Fizoterapiya və tibbi bərpa

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VII mərtəbə

Neyrocərrahiyyə

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Travmatologiya-ortopediya

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Uşaq cərrahiyyəsi

29.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

 

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar ATU-nun rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

24/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..