Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elmi –Tibbi Şuranın iclası keçirilib (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 2018-ci il oktyabr ayı üçün nəzərdə tutulmuş iclası keçirilib.

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rahim Əliyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

Gündəlikdə duran məsələlər: Elmi-Tibbi Şuranın nəzdində Etik komitənin yaradılması, tibbi ixtisaslar üzrə milli rəhbərliklərin hazırlanması, kliniki təlimatlar, elmi işçilərin attestasiyası qaydaları, 2016-2020-ci illər üçün Vərəmlə mübarizə üzrə “Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə 2017-2018 ci ilin hesabatı və Akkreditasiya ilə bağlı müraciətlər müzakirə edildi bu mövzular ətrafında məruzələr dinlənilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

24/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..