Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda ilk dəfə TaTME üsulu ilə əməliyyat edilib (FOTO)

Düz bağırsaq cərrahisinin ən müasir və inqilabi üsullarından hesab edilən TaTME (TransAnal Total Mesorectal Excision) əməliyyatının özəlliyi – xüsusi cihazlar vasitəsi ilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır.

 

Bir ildən artıq davam edən hazırlıq dönəmi nəticəsində, Azərbaycanda ilk dəfə olaraq, TaTME əməliyyatı ümumi cərrah, uzman İlqar İsmayılov tərəfindən Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurla icra olunub. 52 yaşlı xəstə TaTME üsulu sayəsində aşağı yerləşimli düz bağırsaq törəməsindən azad olunaraq funksiyaları bərpa olunub və qısa müddətdə evə göndərilib.

 

Düz Bağırsaq törəmələrinin müalicəsində, orqan funksiyalarının qorunmasında üstünlükləri əvəzedilməz olan TaTME üsulunun tətbiqi üçün xüsusi avadanlıq və təcrübə tələb olunur və əməliyyat olunan insana xəstəliksiz və yüksək keyfiyyətli həyat şansı verir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

8/11/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..